...

S&P Azərbaycanda 2025-ci ilədək inflyasiya proqnozlarını açıqlayıb

İqtisadiyyat 22 Yanvar 2022 12:20 (UTC +04:00)

Bakı. Sədrəddin Ağcayev - Trend:

2022-ci ildə Azərbaycanda istehlak qiymətlərinin orta artımı 6,5 faiz təşkil edə bilər.

Trend bu barədə agentliyin hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, 2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 4,5 faizədək, növbəti iki ildə isə üç faizədək azalacaq.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7 faiz təşkil edib.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti