...

Paytaxtda iki ərazidə deformasiyaya uğramış yol örtüyü yenilənib (FOTO)

İqtisadiyyat Materials 9 Mart 2022 16:36 (UTC +04:00)
Paytaxtda iki ərazidə deformasiyaya uğramış yol örtüyü yenilənib (FOTO)

Bakı. Fərid Zöhrabov - Trend:

Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev və Binəqədi rayonu, Cəfər Xəndan küçələrinin bir hissəsində təmir işləri icra olunub.

AAYDA-dan Trend-ə verilən məlumata görə, təmir işləri zamanı deformasiyaya uğramış örtüyünün üst qatı qaşınaraq kənarlaşdırılıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib.

Əbdürrəhim bəy Haqverdiyev küçəsinin 1800 kv.m sahəsində, Cəfər Xəndan küçəsinin isə 600 kv.m sahəsində təmir işləri aparılıb.

Təmir işləri hərəkət intensizvliyi nəzərə alınaraq qeyri-iş günləri yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti