...

Rusiya Azərbaycan məhsullarının xarici bazarlara tədarükü ilə bağlı layihələr təklif etməyə hazırdır - Səfir

İqtisadiyyat Materials 30 Mart 2022 11:40 (UTC +04:00)
Rusiya Azərbaycan məhsullarının xarici bazarlara tədarükü ilə bağlı layihələr təklif etməyə hazırdır - Səfir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Azərbaycan məhsulların üçüncü ölkə bazarlarına tədarükü ilə bağlı Azərbaycana layihələr təklif etməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

"Ticari-iqtisadi əməkdaşlığın möhkəm təməli bizə mövcud potensialı genişləndirməyə imkan verəcək", - M.Boçarnikov vurğulayıb.

Səfir qeyd edib ki, 2021-ci ilin yekunlarına əsasən, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 3,3 milyard dollar təşkil edib ki, bu da pandemiyayaqədərki dövrlə müqayisədə çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti