...

SOCAR Gürcüstana qaz ixracını artırıb

İqtisadiyyat Materials 19 Aprel 2022 15:54 (UTC +04:00)
SOCAR Gürcüstana qaz ixracını artırıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında SOCAR Gürcüstan bazarına isə 770 mln. kubmetr təbii qaz ixrac olunub, bu da illik müqayisədə 50,6% artım deməkdir.

SOCAR-dan Trend-ə verilən məlumata görə, hesabat dövründə SOCAR tərəfindən dünya bazarına 4,1 mln. tona yaxın xam neft ixrac edib.

Qeyd edək ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən nefti də ixrac edir.

Ümumilikdə isə ölkə üzrə 6,7 milyon tona yaxın neft, 5,9 milyard kub metr qaz ixrac edilib.Ölkə üzrə qaz ixracında ötən ilin analoji dövrü ilə müqayisədə 14,7 faiz artım qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti