...

Mart ayında Türkiyənin xarici ticarət dövriyyəsi 55 milyard dolları ötüb

İqtisadiyyat Materials 1 May 2023 14:46 (UTC +04:00)
Mart ayında Türkiyənin xarici ticarət dövriyyəsi 55 milyard dolları ötüb

Bakı. Trend:

Mart ayında Türkiyənin xarici ticarət dövriyyəsi 55 milyard dolları ötüb.

2023-cü ilin mart ayında Türkiyənin xarici ticarət dövriyyəsi 55 milyard 531 milyon dollar təşkil edib. Bu barədə TurkicWorld-a Türkiyənin Ticarət nazirliyindən bildiriblər.

Nazirlikdən bildirilib ki, Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq 23 milyard 595 milyon dollara, idxalı isə 3,4 faiz artaraq 31 milyard 936 milyon dollara çatıb.

“Bu ilin yanvar-mart ayında Türkiyənin xarici ticarət dövriyyəsi 157 milyar 808 milyon dollar təşkil edib”, – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, bu ilin birinci rübündə, Türkiyənin xaricə ixracatı keçən ilin eyni rübü ilə müqayisədə 2,5 faiz artaraq 61 milyard 558 milyon dollar, idxalı isə eyni dövrlə müqayisədə 11,1 faiz artaraq 96 milyard 250 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti