...

Azərbaycanda 7 kiçik dövlət müəssisəsi və obyekti hərraca çıxarılır

İqtisadiyyat Materials 11 İyul 2023 09:41 (UTC +04:00)
Azərbaycanda 7 kiçik dövlət müəssisəsi və obyekti hərraca çıxarılır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 25-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti kiçik dövlət müəssisələrinin və obyektlərinin özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

Bu barədə Trend-ə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, hərraca 7 kiçik dövlət müəssisəsi və obyekti çıxarılacaq. Bunlar, Xızı rayonunun Şurabad qəsəbəsindəki Yardımçı təsərrüfat, Saatlı rayonunun Heydərabad kəndindəki yardımçı təsərrüfat, Beyləqan rayonunun Milabad qəsəbəsindəki Mədəniyyət evi, İmişli şəhərinin Xiyabani küçəsindəki 7/9 saylı mağaza, Ağcabədi rayonunun Şənlik kəndindəki klub, Balakən rayonunun Mahamalar kəndindəki yeməkxana, Goranboy rayonunun Qarquçaq kəndindəki qeyri-yaşayış binasıdır.

Əmlaklara 1 300 – 102 500 manat aralığında başlanğıc qiyməti qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti