...

Türkiyənin Qazaxıstana hazır geyim ixracı 192 milyon dolları ötüb

İqtisadiyyat Materials 14 İyul 2023 13:04 (UTC +04:00)
Türkiyənin Qazaxıstana hazır geyim ixracı 192 milyon dolları ötüb

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Qazaxıstana hazır geyim ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 79,8 faiz artaraq 192,9 milyon dollara çatdırıb.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.

İyun ayında Türkiyə Qazaxıstana hazır geyim ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 27,1 faiz artaraq 28,2 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz azalaraq, 10,1 milyard dollara bərabər olub.

Bu ilin iyun ayında Türkiyə 1,7 milyon dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 15,6 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 20,6 milyard dollar məbləğində hazır geyim ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti