...

Türkiyənin turizm gəlirləri 30 faizə yaxın artıb

İqtisadiyyat Materials 31 İyul 2023 13:39 (UTC +04:00)
Türkiyənin turizm gəlirləri 30 faizə yaxın artıb

Bakı.Trend:

2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin turizm gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz artaraq, 21,7 milyard dollara çatıb.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlama verib.

"Hesabat dövründə Türkiyəni ziyarət edənlərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz artaraq 22 milyon 945 min nəfərə çatıb", - deyə o əlavə edib.

Bundan əlavə, M.N.Ersoy bildirib ki, hazırda Türkiyə davamlı yaşayış sektorunda birinci yerdədir.

Qeyd edək ki, 2022-ci ildə Türkiyənin turizm gəliri 46,4 milyard dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti