...

Gürcüstanın sığorta şirkəti Azərbaycan bazarına daxil oldu

İqtisadiyyat Materials 5 Fevral 2024 15:48 (UTC +04:00)
Gürcüstanın sığorta şirkəti Azərbaycan bazarına daxil oldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) Gürcüstanın "Maqnus" sığorta şirkətinin yerli törəməsi "Maqnus Sığorta Brokeri" MMC-ni reyestrinə daxil edib.

Trend bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bununla da, Azərbaycanın sığorta bazarına 5 illik fasilədən sonra xarici broker daxil olub. Sonuncu dəfə 2019-cu ildə Avstriyanın "GrECo JLT Specialty GmbH" şirkəti sığorta broketlərinin reyestrinə daxil edilmişdi.

Yeni şirkətin sığorta bazarına daxil olması ilə AMB-nin reyesterindəki xarici brokerlərin sayı 86-ya çatıb.

Xatırladaq ki, "Maqnus" Gürcüstanda 2016-cı ildən sığorta və təkrarsığorta sahəsində fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti