...

Mərkəzi Bank 2024-cü il üzrə inflyasiya proqnozunu azaldıb

İqtisadiyyat Materials 1 May 2024 12:16 (UTC +04:00)
Mərkəzi Bank 2024-cü il üzrə inflyasiya proqnozunu azaldıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 2024-cü və 2025-ci illərdə illik inflyasiya hədəf daxilində (4±2%) olacaq.

Trend bu barədə Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir.

Məlumata əsasən, bu ilin aprel proqnozlarına görə, illik inflyasiyanın 2024-cü ilə 3,5%, 2025-ci ildə osə 4,2% olacağı gözlənilir.

Apreldə proqozun yanvar proqnozu ilə müqayisədə azaldığı vurğulanır.

"Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişiklik baş verməmişdir. Geosiyasi gərginliklər, mühüm beynəlxalq ticarət yollarında yaranan maneələr, iqlim dəyişiklikləri, dünya bazarında əmtəə qiymətlərinin və tərəfdaş ölkələrdə inflyasiyanın dəyişkənliyi xarici mənşəli başlıca inflyasiya riskləri olaraq qalır. Bununla belə dünyada monetar şərtlərin sərt olaraq qalması, ortamüddətli perspektivdə aparıcı ölkələrdə mərkəzi bankların faizləri daha mülayim endirməsi gözləntiləri qlobal inflyasiyanı azaldacaq amildir. İnflyasiyanı artıra biləcək başlıca daxili risk isə yerli xərc amillərinin, eləcə də dövlət xərclərinin aktivləşməsi və məcmu tələbin izafi artımı ilə əlaqədardır.

Ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü və 2025-ci illərdə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı gözlənilir (aprel proqnozu: 2024-cü ilə 3.5% və 2025-ci ilə 4.2%). Apreldə 2024-cü ilə inflyasiya proqnozu azalma istiqamətində dəyişdirilmişdir", - məlumatda deyilir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti