...

Özündən 12 yaş böyük sevgilisini yandıran şəxs HƏBS EDİLDİ

Gündəm Materials 1 May 2024 12:19 (UTC +04:00)
Özündən 12 yaş böyük sevgilisini yandıran şəxs HƏBS EDİLDİ
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 28-də Tovuz rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın almış olduğu yanıq xəsarətlərindən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tovuz rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, araşdırmalarla 2002-ci li təvəllüdlü Röyal Tağıyevin aprelin 18-də aralarında yaranmış mübahisə zamanı tanışı Türkanə Məmmədovanın üzərinə benzin töküb yandırmaqla ona yanıq xəsarətləri yetirməsinə və sonuncunun həmin xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, Röyal Tağıyev qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam etdirilir.

Qeyd edək ki, Tovuz rayon sakini 2002-ci il təvəllüldü Röyal Tağıyev qeyri-rəsmi münasibətdə olduğu Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırıb.

Hadisə nəticəsində T.Məmmədova 3-cü dərəcəli yanıq xəsarətləri alıb. O, Bakıda Yanıq Mərkəzinə yerləşdirilsə də, orada ölüb.

Xəbər lenti

Xəbər lenti