...

Mərkəzi Bank 2024-2025-ci illər üzrə ÜDM proqnozlarını açıqlayıb

İqtisadiyyat Materials 1 May 2024 12:24 (UTC +04:00)
Mərkəzi Bank 2024-2025-ci illər üzrə ÜDM proqnozlarını açıqlayıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bank bu il ÜDM artımını 3,5-4 faiz səviyyəsində proqnozlaşdırır.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov uçot dərəcəsinin parametr dəyişikliyinə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, gələn il 3 faiz artım gözlənilir.

"Öz növbəsində, qeyri-neft ÜDM artımının 5-6 faiz səviyyəsində olacağı proqnozlaşdırılır", - deyə o vurğulayıb.

Qeyd edək ki, Dünya Bankının qiymətləndirmələrinə əsasən, Azərbaycanda real ÜDM artımı 2024-cü ildə 2,3 faiz olacaq. Asiya İnkişaf Bankı bu il ölkədə ÜDM artım sürətinin 1,2 faiz olacağını, "S&P Global Ratings" isə real ÜDM artımının 1,5 faiz olacağını gözləyir.

İqtisadiyyat Nazirliyi isə bu il Azərbaycanda ÜDM artımının 2,4 faiz, 2025-ci ildə isə 2,9 faiz olacağını proqnozlaşdırır.

Xatırladaq ki, mayın 1-də Mərkəzi Bankı uçot dərəcəsini 7.5%-dən 7.25%-ə endirib. Faiz dəhlizinin yuxarı həddi 8.5%-dən 8.25%-ə endirilib, aşağı həddi isə 6.25% səviyyəsində dəyişməz saxlanılıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti