...

Düşünürəm ki, birgə layihələr icra etməklə nifrət hissinin qarşısını ala bilərik - Vera Əl-Mövla

Cəmiyyət Materials 1 May 2024 12:15 (UTC +04:00)
Düşünürəm ki, birgə layihələr icra etməklə nifrət hissinin qarşısını ala bilərik - Vera Əl-Mövla
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün dünyada nifrət hissi geniş yayılıb.

Trend-in məlumatına görə, bunu Livan Gənclərin Həmrəylik Fondunun təmsilçisi Vera Əl-Mövla Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda panel müzakirələri zamanı deyib.

O qeyd edib ki, biz bu nifrəti mədəniyyət, incəsənət, dialoq vasitəsi ilə aradan qaldırmağa çalışırıq.

“Bizim məqsədimiz sülhün bərqərar olması, birgəyaşayışın təmin edilməsidir. Biz gənclər üçün müxtəlif proqramlar icra edirik, onları maarifləndiririk. Düşünürəm ki, biz birgə layihələr icra etməklə nifrət hissinin qarşısını ala bilərik və sülhü bərqərar etməyə nail olarıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti