...

Bakı Metropoliteni Rusiyadan 35 yeni vaqon alır? - Rəsmi AÇIQLAMA

İqtisadiyyat Materials 12 Fevral 2024 17:13 (UTC +04:00)
Bakı Metropoliteni Rusiyadan 35 yeni vaqon alır? - Rəsmi AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Yeni vaqonların alınması ilə bağlı hər hansısa istehsalçı ilə müqavilə imzalanmayıb.

Bunu Trend-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

"Vaqonların alınması ilə bağlı müqavilə imzalanacağı təqdirdə ictimaiyyətə məlumat təqdim ediləcək", - deyə o qeyd edib.

Qeyd edək ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov“İzvestiya” qəzetinə müsahibəsində bildirib ki, bu il Bakı metrosu üçün vaqon tədarükü ilə bağlı böyük layihəmiz var. Söhbət 35 vaqonun çatdırılmasından gedir ki, bu da çox böyük bir layihədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti