...

Azərbaycanın valyuta ehtiyatları beynəlxalq kifayətlilik normalarını üstələyib

İqtisadiyyat Materials 3 Dekabr 2024 11:55 (UTC +04:00)
Azərbaycanın valyuta ehtiyatları beynəlxalq kifayətlilik normalarını üstələyib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın valyuta ehtiyatları beynəlxalq kifayətlilik normalarını üstələyib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu ilin ilin 9 ayı ərzində ticarət şərtləri əlverişli qalıb və tədiyə balansının əsas komponentlərindən biri olan xarici ticarət balansı müsbət saldo ilə nəticələnib. Qeyd olunub ki, ölkə investisiyalar üçün əlverişli olaraq qalıb: “DGK-nın məlumatlarına əsasən 2024-cü ilin 9 ayı ərzində ölkənin xarici ticarət dövriyyəsi 34.5 mlrd. ABŞ dolları təşkil etmişdir ki, bunun da 19.9 mlrd. ABŞ dolları (və ya 57.6%-i) ixracın, 14.6 mlrd. ABŞ dolları (və ya 42.4%-i) isə idxalın payına düşmüşdür. Xarici ticarət balansında 5.2 mlrd. ABŞ dolları məbləğində müsbət saldo əmələ gəlmişdir.

2024-cü ilin 9 ayında xarici ticarət dövriyyəsində Avropa İttifaqı 38.6%, MDB ölkələri 14.2%, digər ölkələr isə 47.2% paya sahib olmuşdur. Ticarət dövriyyəsinin yarıdan çoxu İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, ABŞ, Avstraliya, Hindistan, Çexiya və Xorvatiya kimi ölkələrin payına düşmüşdür. Dövr ərzində neft-qaz sektoru üzrə ixracın dəyəri 17.4 mlrd. ABŞ dolları olmuşdur ki, bunun da 11.3 mlrd. ABŞ dolları xam neft və digər neft məhsullarının, 6.1 mlrd. ABŞ dolları isə təbii qazın payına düşür. Qeyri neft-qaz sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.3% artaraq 2.5 mlrd. ABŞ dolları dəyərində olmuşdur. 2024-cü ilin 9 ayı ərzində ixrac edilən qeyri neft-qaz sektoruna aid malların siyahısında tərəvəz və meyvə məhsulları, plastmassa və ondan hazırlanan məhsullar, kimya sənayesi məhsulları, alüminium və ondan hazırlanan məhsullar, pambıq lifi, elektrik enerjisi, qara metallar, alkoqollu və alkoqolsuz içkilər, sement, şəkər, pambıq iplik, yağlar və çay əsas paya sahib olmuşdur”, - məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti