...

Azərbaycanda bu MMC ləğv olunaraq MTK-ya qoşulur

İqtisadiyyat Materials 16 Yanvar 2025 14:12 (UTC +04:00)
Azərbaycanda bu MMC ləğv olunaraq MTK-ya qoşulur
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Stronghold Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv olunur.

Trend-in əldə etdiyi məlumata görə, buna səbəb onun "Gloria Palace" Mənzil-Tikinti Kooperativinə (MTK) qoşulmasıdır.

Buna görə də "Gloria Palace" Mənzil-Tikinti Kooperativi (MTK) yenidən təşkil olunacaq.

Xatırladaq ki, sözügedən MTK-nın adı mediada bir neçə qalmaqallı hadisələrdə hallandırılıb.

Qeyd edək ki, "Gloria Palace" MTK 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 150 manat olan MTK-nın qanuni təmsilçisi Rəhimli Sənan Mirsabir oğludur.

Ləğv olunacağı elan edilən "Stronghold Construction" MMC isə 2022-ci ildə dövlət qeydiyyatından keçib. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin qanuni təmsilçisi Mansurov Kazım Tofiq oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti