Bakı. Trend:
Ötən il Azərbaycanda mənzillərin bahalaşması qeydə alınıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Belə ki, 2024-cü ildə Azərbaycanın mənzil bazarında qiymətlər 2023-cü ilə nisbətən 9,9% artıb.
Bahalaşma ilkin mənzil bazarında 11,3%, təkrar mənzil bazarında isə 9,8% olub.
Bununla yanaşı, 2024-cü ilin IV rübündə mənzil bazarında qiymət indeksi 2024-cü ilin III rübü ilə müqayisədə 3,3%, o cümlədən ilkin mənzil bazarı üzrə 2,8% olub.
Qeyd olunub ki, təkrar mənzil bazarı üzrə isə bu göstərici 3,3% təşkil edib.