Bakı. Trend:
Cari ilin yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi beynəlxalq ehtiyatları 10,9 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu, əvvəlki ayla müqayisədə 8,3 milyon ABŞ dolları və ya 0,1%, bir il əvvəlki göstəriciyə nisbətən isə 653,5 milyon ABŞ dolları və ya 5,6% azalma deməkdir.
Qeyd edək ki, Mərkəzi Bank ötən aylarda valyuta bazarına satışyönlü müdaxilə etmişdi. Qurum ötən ilin son rübündə valyuta bazarında satışyönlü mövqedən çıxış etməsini müdaxilə ilə deyil, dövlət xərcləri ilə əlaqələndirmişdi.
Əlavə edək ki, bu il fevralın 1-nə Azərbaycanda pul bazası 20,1 milyard manat təşkil edib. Bu göstərici bu ilin yanvar 1-i ilə müqayisədə 3,8% və ya 792 milyon manat azalma deməkdir. Eyni zamanda, ölkədə pul bazası son 1 ildə 0,7% və ya 147 milyon manat azalıb.