...

Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 1,5% ucuzlaşıb

İqtisadiyyat Materials 12 Mart 2025 11:08 (UTC +04:00)
Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 1,5% ucuzlaşıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 2024-cü ildəki 9%-lik möhkəmlənmənin ardınca 2025-ci ilin ilk 2 ayında 1.5% ucuzlaşıb.

Trend-ə bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Qeyd edilib ki, Beynəlxalq Valyuta Fondunun məlumatına görə 2025-ci ilin fevralında əmtəə qiymətləri indeksinin illik artımı 8.5% təşkil edib.

"Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası cari ilin yanvar ayında ötən ilin eyni ayına nəzərən 10.7% olub.

Son aylarda inflyasiyaya təsir edən xarici amillərdə ümumilikdə sabitlik müşahidə olunub", - deyə məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti