...

Təkrar mənzil bazarında qiymətlər ötən ilə nisbətən 10-15% bahalaşıb

İqtisadiyyat Materials 14 May 2025 14:02 (UTC +04:00)
Təkrar mənzil bazarında qiymətlər ötən ilə nisbətən 10-15% bahalaşıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Təkrar mənzil bazarında son bir ay ərzində qiymətlərdə cüzi artım müşahidə olunub.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının mətbuat katibi Elnur Fərzəliyev deyib.

“Mart ayı ilə müqayisədə aprel ayında orta kv.m qiyməti təxminən 1% yüksəldi, yeni tikililərdə bir qədər çox (1.5%), köhnə tikililərdə bir qədər az (1%) artım qeydə alındı. Təklif sayı üzrə isə martdan aprelə cüzi fərq var idi – bazarda aktivlik bir qədər artsa da, bu artım statistiki olaraq böyük deyildi (təxminən 1-2% civarında). Yəni martda müşahidə olunan trendlər (bahalaşma meyli) aprel ayında da davam etdi, lakin kəskin sıçrayışlar baş vermədi”, - deyə o bildirib.

Qurum rəsmisim vurğulayıb ki, bir il ərzində bazarda həm qiymətlər, həm də struktur göstəricilər əhəmiyyətli dəyişikliklər göstərib:

“Ümumilikdə, təkrar mənzil bazarında qiymətlər ötən ilə nisbətən 10-15% bahalaşdı. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin ilk rübündə mənzil qiymətləri əvvəlki ilin ilk rübü ilə müqayisədə orta hesabla 14,4% artıb. Xüsusən Bakı şəhərində təkrar bazarda yeni tikililərdə illik artım 10-15%, köhnə tikililərdə 9-12% intervalında olub.

İllik müqayisədə təklif həcmi də təxminən 15-20% artıb, yəni bazara daha çox sayda mənzil çıxarılıb. 2024-cü ilin ilk yarısındakı müəyyən durğunluq dövründən sonra (notarius qaydalarının sərtləşməsi və s. fonunda) ilin ikinci yarısında aktivlik yüksəldi və nəticədə bu ilin aprelində həm qiymətlər, həm də alqı-satqı həcmləri ötən ilin eyni dövrünə görə xeyli yüksək oldu. Bu illik dinamika onu göstərir ki, bazar ötən ilki durğunluqdan çıxaraq yenidən bahalaşma mərhələsinə daxil olub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti