...

Hesablama Palatasında media nümayəndələri üçün təlimlər keçirilib (FOTO)

İqtisadiyyat Materials 25 Dekabr 2025 10:15 (UTC +04:00)
Hesablama Palatasında media nümayəndələri üçün təlimlər keçirilib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Hesablama Palatasında media nümayəndələri üçün “Dövlət auditi ilə bağlı məlumatların ictimaiyyətə düzgün təqdim edilməsində medianın rolu” mövzusunda təlimlər keçirilib.

Trend bu barədə palataya istinadən xəbər verir.

Tədbirdə giriş sözü ilə çıxış edən Hesablama Palatasının Aparat rəhbəri Tamerlan Yusif-zadə dövlət auditinə dair məlumatların ictimaiyyətə düzgün çatdırılmasında medianın rolunu vurğulayıb.

O, təlimin əsas məqsədinin dövlət auditinin nəticələrinin mediada düzgün və obyektiv şərhi ilə rəsmi məlumatların aydın və dəqiq çatdırılması üçün media nümayəndələrinin bilik və bacarıqlarını artırmaq olduğunu qeyd edib.

Daha sonra Hesablama Palatasının əməkdaşları təlim iştirakçılarına rəsmi internet səhifəsində yer alan əsas bölmələr üzrə ətraflı məlumatlar veriblər.

Təlim zamanı media nümayəndələrinin sualları cavablandırılıb, praktiki nümunələr əsasında müzakirələr aparılıb və rəsmi məlumatlarla işləyərkən diqqət edilməli məqamlar izah olunub.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti