...

Apreldə Bakı metropoliteni Rusiyadan 10 yeni vaqon alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2008 19:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir E.İsmayılov / Bakı metropoliteni üçün ilk 10 vaqon aprelin sonlarında çatdırılacaq ki, onların istismarı qatarların hərəkətində yaranan qısa fasilələri aradan qaldırmağa imkan verəcək. Yeni vaqonların tədarükü üç dəfəyə həyata keçiriləcək. Bu barədə cümə axşamı metropolitenin baş mühəndisi Elbrus Muradov məlumat verib.

10 vaqonluq ikinci tədarük noyabrda olacaq. Qalan 16 vaqon isə, dekabrdagətiriləcək,- Muradov deyib.

Tədarüklər keçən ay Rusiyanın "Metrovaqonmaş" ASC ilə imzalanmış müqavilə çərçivəsində həyata keçiriləcək. Müqaviləyə əsasən, metroya 81-717.5B və 81-714.5B modelli vaqonlar gətiriləcək.(14 əsas və müvafiq olaraq 22 ara )

Azərbaycana sonuncu tədarük 2007-ci ildə həyata keçirilib. O vaxt metropolitenə 25 vaqon verilmişdi.

"Metrovaqonmaş" ASC (əvvəllər Mıtişin zavodu) Bakı metropoliteni üçün 30 ildən artıqdır ki, dəmiryolu vasitələri tədarək edir.Vaqonlar,metropoliten parkının 80 faizini təşkil edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan

Xəbər lenti

Xəbər lenti