...

Azərbaycanda "Afrika taunu"nun aşkar edilməsi səbəbindən donuzların məhv edilməsinə görə kompensasiya məbləği müəyyənləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2008 14:23 (UTC +04:00)
Azərbaycanda "Afrika taunu"nun aşkar edilməsi səbəbindən donuzların məhv edilməsinə görə kompensasiya məbləği müəyyənləşib

Azərbaycan, Bakı, 04 aprel / Trend , müxbir S.Babayeva/ Epizotiyaya qarşı xüsusi fövqəladə komissiya Azərbaycanın Qəbələ rayonunda (Bakının 250 km-də) "Afrika taunu"nun baş qaldırması səbəbindən donuzların kütləvi məhvinə görə Nic kəndi sakinlərinə dəyən ziyanın məbləği üzrə qiymətləndirməni başa çatdırıb. Bu barədə cümə günü Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəhbəri İsmayıl Həsənov məlumat verib. Nic kəndi sakinlərinə ödəniləcək kompensasiyanın məbləği 1,266 mln. manat təşkil edib.

"Komissiya aktı Maliyyə Nazirliyinə təqdim olunub və vəsaitin yaxın vaxtlarda ödənilməsinə başlanılması gözlənilir" - deyə Həsənov bildirib. Yekun akt vəsaitn ödəniləcəyi şəxslərin sayı, onların təsərrüfatı, məhv edilən heyvanların sayına dair məlumatları özündə əks etdirir.

Kənd sakinləri kompensasiyanı hökumətin heyvanlar arasında xüsusi olaraq təhlükəli yolxucu xəstəlik, o cümlədən "Afrika taunu"nun yayılması zamanı dəyən ziyanın əvəzinin ödənilməsinə dair Sərəncamına əsasən alacaqlar.

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti "Afrika taunu"nun ortaya çıxması səbəbindən yanvarın 28-də Nic kəndində karantin tətbiq edib. Bu, Azərbaycan ərazisində "Afrika taunu"nun ortaya çıxması ilə bağlı ilk faktdır. Karantin martın 28-də kəndin 378 ailəsinin təsərrüfatında saxlanılan 4863 baş donuzun (506 ton donuz əti) məhv edilməsindən sonra aradan qaldırılıb. Kənd sakinləri yalnız bir ildən sonra donuzçuluq təsərrüfatlarını bərpa edə bilərlər.

Donuzların "Afrika taunu" (Pestis africana suum) - retikul-edotelial sistemin yoluxması ilə xarakterizə edilən kəskin virus xəstəliyidir. Təbii yoluxma sağlam donuzların xəstə və virus daşıyıcları on heyvanlarla əlaqəsi zamanı baş verir. İnfeksiya yem, otlaq, nəqliyyat vasitəsilə yayıla bilər. İnkubasiya dövrü 2-5 gündür. Müalicə hələ ki, tapılmayıb. Xəstəlik çox sürətlə yayıla bilmək qabiliyyətinə malik olduğu üçün profilaktik tədbirlər xəstə olması güman edilən heyvanların ciddi izolyasiyasına yönəlib.

Ölkədə donuzçuluq təsərrüfatları Qəbələ də daxil olmaqla, Zaqatala, Şəki, Balakən, Gəncə və Bakı ətrafında saxlanılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: Capital

Xəbər lenti

Xəbər lenti