...

Almaniya hökuməti Azərbaycan qarşısında dörd illik maliyyə öhdəliyi götürüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2008 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı,0 4 aprel/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycan və Almaniya hökumətləri arasında 2004-2007-ci illər ərzində layihələrin maliyyələşdirilməsi üzrə federal hökumətin öhdəliklərini nəzərdə tutan maliyyə sazişləri imzalanıb. Bu barədə cümə günü Almaniyanın Azərbaycandakı diplomatik nümayəndəliyindən məlumat veriblər. Onlar Almaniyanın KfW Yenidənqurma Bankı vasitəsilə maliyyələşdiriləcəklər.

Azərbaycan hökuməti tərəfindən sazişi maliyyə naziri Samir Şərifov, Almaniya tərəfdən Almaniyanın AR-dakı səfirliyində müvəqqəti işlər müvəkkili Hans-Cozef Over bağlayıb.

Birinci sazişdə (2004-05-ci illər) 2,5 mln. avro kreditin və 3 mln. avro maliyyə qrantının ayrılması nəzərdə tutulub. KfW kadastrın yaradılmasına 2,5 mln. avro güzəştli kredit və təşkilati-benefisiarların institusionallaşması üçün 1 mln. avro ayıracaq. Bu vəsaitlərin hesabına Gəncə və ya Şəki rayonunda daşınmaz əmlakın qeydiyyat sisteminin yaradılması nəzərdə tutulur.

Qalan vəsaitlər (2 mln. avro) layihənin idarə edilməsi üzrə məsləhətçilərin xidmətlərinin ödənilməsi məqsədilə su layihəsi üçün nəzərdə tutulub. Artıq bu layihənin reallaşdırılmasına başlanılıb. Almaniya və Azərbaycan hökumətləri arasında imzalanmış müqaviləyə əsasən, KfW 37,3 mln. avro ayırıb (İmişlidəki analoji işlərdən qalıq nəzərə alınmaqla). Vəsait 10 ili güzəştli olmaqla, 40 il müddətinə və illik 0,75 faiz dərəcə ilə ayrılıb.

İkinci saziş (2006-07-ci illər) KfW 8,5 mln. avro kredit və 1,5 mln. avro maliyyə qrantı ayırır. Bu vəsaitlərdən mənzil fondunun yaradılmasına 3,5 mln. avro kredit, əlavə tədbirlərə 500 min avro ayırmaq planlaşdırılır. Mənzil fondu köhnə binaların və şəxsi evlərin müasirləşdirilməsi layihəsi çərçivəsində yaradılacaq.

Saziş çərçivəsində sahibkarlığın dəstəklənməsi üçün Alman-Azərbaycan Fondu KfW vasitəsilə 5 mln. avro məbləğində üçüncü güzəştli kredit və fondun idarə edilməsi və AAF-ın meneceri - Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun (BƏƏKF) xidmətlərinin ödənilməsi üçün, əlavə olaraq 1 mln. avro ayrılacaq.

Saziş Azərbaycan parlament tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti