...

Azərbaycanın yeganə təkrarsığorta şirkəti 2007-ci il üzrə fəaliyyətinin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2008 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel/ " , müxbir Ü.İsmayılova/ Azərbaycanın yeganə təkrarsığorta şirkəti AzRE 2007-ci ildə iki aylıq fəaliyyətinin yekunları üzrə 3,438 mln. manat sığorta haqqı toplayıb. Ödəmələr isə 609,3 min manat təşkil edib. Bu barədə şirkətin cümə axşamı yayılan məlumatında deyilir.

Bu dövr ərzində şirkətin gəlirləri 3,467 mln. manat, xərcləri isə - 3,371 mln. manat təşkil edib. Bu dövr ərzində şirkətin itkisi olmayıb.

Yerləşdirilmiş qısamüddətli qiymətli kağızların məbləği 2,942 mln. manat, yerli banklardakı depozit hesabları isə - 1,4 mln. manat olub.

Bu dövr ərzində aktivləri 4,757 mln. , passivləri isə 390 min manat olmaqla şirkətin balansı 4,805 mln. manat təşkil edib.

Azərbaycanın birinci təkrarsığorta şirkəti AzRE 2007-ci il noyabrın 7-də Azərbaycanın Maliyyə Nazirliyindən təkrarsığorta fəaliyyətinin aparılması üçün lisenziya alıb. Şirkətin Nizamnamə kapitalı 2 mln. manat təşkil edir. Şirkətin səhmdarları 6 fiziki şəxsdir. Şirkəti həm yerli, həm də regional təkrarsığorta şirkətləri və təkrarsığorta vasitəçilərinə Non-life sığorta xidmətləri göstərir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti