...

Azərbaycan və İspaniyanın Milli Sahibkarlar Konfederasiyası qarşılıqlı əməkdaşlığa dair saziş imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2008 18:48 (UTC +04:00)

Azərbaycan, Bakı,15 aprel / " müxbir Ü.İsmayılova/ Azərbaycanın və İspaniyanın Milli Sahibkarlar Konfederasiyası Barselona şəhərində sahibkarlar arasında münasibətlərin inkişafı sahəsində qarşılıqlı əməkdaşlığa dair saziş imzalayıb. Bu barədə çərşənbə axşamı Konfederasiyanın prezidenti Ələkbər Məmmədov məlumat verib.

"Saziş hər iki ölkə sahibkarlarının fəaliyyəti haqqında informasiya mübadiləsini nəzərdə tutur" - deyə Məmmədov bildirib.

Məmmədovun sözlərin görə, keçən həftə biznesmenlərdən ibarət 15 nəfərlik qrup ilə İspaniyaya səfər çərçivəsində biznes-forum keçirilib. Forumda Azərbaycanı tikinti, kənd təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı, nəqliyyat, turizm, sığorta sahələrindən olan biznesmenlər təmsil edib. Biznes-forumda İspaniya tərəfdən 50 biznesmen iştirak edib.

Forum zamanı Gəncənin ət və ət məhsullarının istehsalçısı "Elba" müəssisəsi ispan müəssisəsi ilə Gəncəyə müasir texnologiyaların tədarükü barədə razılaşma əldə edib. Azərbaycan farmakoloji müəssisəsi respublikaya İspaniyadan dərman preparatlarının tədarükü barədə saziş imzalayıb. Qarşılıqlı razılıq Azərbaycan və İspaniyanın tikinti şirkətləri arasında da əldə olunub.

Məmmədov bildirib ki, iyul ayında növbəti Azərbaycan-İspaniya biznes-forumunun Bakıda eçirilməsi planlaşdırılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti