...

"TrendCapital"ın Analitik Mərkəzinin direktoru "Ən yaxşı müəllif" nominasiyasında Chief Executive Officer – Azerbaijan müsabiqəsinin qalibi elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2008 20:10 (UTC +04:00)
"TrendCapital"ın Analitik Mərkəzinin direktoru "Ən yaxşı müəllif" nominasiyasında Chief Executive Officer – Azerbaijan müsabiqəsinin qalibi elan edilib

Azərbaycan, Bakı, 18 aprel/ " / Cümə günü Bakıda Hyyat Regency mehmanxanasında ikinci Chief Executive Officer - Azerbaijan (CEO) müsabiqəsinin "Ən yaxşı müəllif" və "Ən qiymətli oxucu" nominasiyaları üzrə nəticələri açıqlanıb. CEO biznes-onlayn jurnalı tərəfindən təşkil edilən məqalə müsabiqəsi 2008-ci il fevralın 20-dən martın 20-dək keçirilib. İkinci müsabiqənin məqalələrinin mövzuları hazırkı vəziyyət, Azərbaycanın kənd təsərrüfatı və aqrar sənaye kompleksinin perspektivləri və inkişafı ilə bağlı olub.

"Ayın ən yaxşı məqaləsi" nominasiyasında dörd məqalə, "Ən qiymətli oxucu" nominasiyasında 320 şərh seçilib.

"Ən yaxşı müəllif" nominasiyasında müsabiqənin qalibi "Azərbaycan kəndlilərinin subsidiyalara ehtiyacı var" məqaləsi ilə Trend Xəbərlər Agentliyinin Analitik Mərkəzinin direktoru Ellada Xankişiyeva olub. Qalib 1000 AZN pul mükafatı və CEO-nun "Ən yaxşı müəllif" diplomunu alıb. "Ən qiymətli oxucu" BDU-nun tələbəsi Azər Dadaşov olub. O, 500 AZN məbləğində pul mükafatı və CEO-nun "Ən qiymətli oxucu" diplomuna layiq görülüb.

Ən yaxşı müəllif materialı nominasiyasında qalib məqalənin oxunma sayı, onun tərkibi, tematikası, istifadəçilər tərəfindən verilən şərhlərin sayı və keyfyyəti və s. görə müəyyən edilib. "Ən qiymətli oxucu" nominasiyasında qalib xəbərlərə və məqalələrə verilən şəhrlərin hesablanması ilə müəyyən edilib. Şərhlər sayına, tərkibinə, savadlılığına, üslubuna və digər meyarlara görə qiymətləndirilib.

CEO - Azerbaijan - Azərbaycana və bütün dünyaya operativ və akutal işgüzar məlumat çatdıran analitik-informasiya portalıdır.

Xəbər lenti

Xəbər lenti