...

Azərbaycan hökuməti taxıl ehtiyatlarını dəqiqləşdirir – nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2008 12:58 (UTC +04:00)
Azərbaycan hökuməti taxıl ehtiyatlarını dəqiqləşdirir – nazir

Azərbaycan, Bakı, 22 aprel / Trend , müxbir İ.Xəlilova/ Azərbaycan Nazirlər Kabineti ölkədə taxıl ehtiyatları üzrə dəqiqləşdirmələr aparır. Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev çərşənbə axşamı bildirib ki, bu ərzaq təhlükəsizliyi üçün olduqca vacibdir.

"Məhsul yığımı üçün olduqca az vaxt qalıb", - deyə nazir bildirib. Ölkədə taxıl yığımı iyun ayında başlanacaq və bu il üçün məhsul proqnozu 2,3-2,4 mln. ton səviyyəsində müəyyən olunub.

Babayev Azərbaycanda taxıl çatışmazlığına dair informasiyaları təsdiqləməyib. "Bu düz deyil. Ölkədə həm yerli, həm də idxal baxımından kifayət qədər taxıl ehtiyatı var", - deyə nazir bildirib.

Onun sözlərinə görə, hökumət taxılla bağlı çatışmazlığın yaranmasına imkan verməyəcək. Bununla yanaşı, nazir ölkədə çörəyin qiymətinin qalxmasına dair məlumatları təsdiqləyib.

"Azərbaycanda istehsal olunan taxılın qiyməti dövlət tərəfindən nizamlanmır, ayrıca fermer təsərrüfatları tərəfindən formalaşdırılır", - Babayev vurğulayıb.

Nazir hesab edir ki, ölkədə böyük miqdarda taxıl qalığı mövcuddur və bu, ölkədə qiymət artımı üçün səbəblərin olması barədə güman etməyə əsas vermir.

"Biz hesab edirik ki, dövlət tərəfindən taxılın qiyməti üzrə monitorinq aparılmalıdır və yalnız iqtisadi müdaxilə ilə hansısa tədbirlər görmək olar", - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti