...

Azərbaycanın Beynəlxalq Bankı ölkənin birja bazarının lideri olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2008 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 avqust/ Trend / Bakı Banklararası Valyuta Birjası (BBVB) valyuta bölməsində keçirilən ticarətin yekunlarına görə, 2008-ci ilin iyulunda qabaqcıl bankların beşliyini - ADV birja bazarının aparıcı operatorlarının beşliyini müəyyən edib. Bu barədə Birjanın cümə günü yayılan məlumatında bildirilir.

Hərracların ümumi həcmində ən yüksək paya malik olan lider banklar qrupuna Azərbaycan Beynəlxalq Bankı, "Unibank" ASC, "Kapital Bank" ASC, "Azərbaycan Sənaye Bankı" ASC və "Texnikabank" ASC daxil olublar. Ötən ayda yuxarıda adı çəkilən dilerlərin Birjanın valyuta bölməsində keçirdiyi elektron hərracların ümumi həcmindəki payı aşağıdakı cədvəldə göstərilib:

BANKLAR ÜMUMİ HƏCMİNDƏKİ PAYI (faizlə)
Azərbaycan Beynəlxalq Bankı 31,04
"Unibank" 13,57
"Kapital Bank" 8,38
"Azərbaycan Sənaye Bankı" 6,34
"Texnikabank" 5,79

Ümumi hesabda cari ilin iyul ayında BBVB-nin valyuta bölməsindəki elektron hərraclarda 31 bank iştirak edib. Həmin dövrdə keçirilən 46 ticarət sessiyasında 165 əqd qeydə alınıb. "Birja Elektron Sistemində Ticarət"in həcmi ötən ayda 146,239 mln. manat və dollar ekvivalentində 181,348 mln. təşkil edib. İyun ayı ilə müqaisədə, valyuta bölməsinin həcm göstəriciləri hesabat dövründə 58,7% azalıb. Eyni zamanda, BEST ticarət sistemində orta günlük dövriyyə ötən ayda $23,11 milyondan $7,885 milyonadək enib. Bu zaman qeydə alınan hər əqdin orta həcmi $1,162 mln. bərabər olub, halbuki iyunda həmin göstərici $2,762 mln. təşkil edirdi. Bununla bərabər, cari ilin yeddi ayı ərzində birjanın xarici valyutalar üzrə dövriyyəsi 1 milyard 361 milyon manatdan çox və yaxud dollar ekvivalentində 1,646 milyarda yaxın təşkil edib. Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə, valyuta bölməsinin həcm göstəriciləri 1,62 dəfə və yaxud 529,04 milyon AZN artıb.

Hesabat ayında birjada Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,31% artıb - hər USD görə 0,8110-dən 0,8085 AZN qədər.Nəticədə, milli valyutanın ABŞ dollarına nisbi orta ölçülü birja məzənnəsi iyul ayında 0,8064 - -a bərabər olub, halbuki, iyunda bu göstərici 0,8156 AZN təşkil edirdi. Son bir il ərzində manatın ABŞ dollarına qarşı ortaölçülü birja məzənnəsi 4,60% cari ilin əvvəlindən isə, 5,55%.artıb.

Xəbər lenti

Xəbər lenti