...

2009 - cu ildə Azərbaycanın turizm sahəsini nə gözləyir? – bazar iştirakçılarının rəyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2008 19:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr/ Trend , müxbir Ü.İsmayılova/ Trend Agentliyi bir sıra böyük turizm şirkətləri arasında sorğu aparıb. Onların rəhbərləri 2009 - cu ildə Azərbaycanda turizm biznesindən gözləmələrini açıqlayıblar:

Pasha Travel turizm şirkətinin direktoru Anar Rəhmanov :

- Dünya maliyyə böhranının təsiri ilə əlaqədar, 2009 - cu ildə turizm putyovkalarının qiymətləri təxminən 20 faiz azalacaq. Maliyyə böhranı xarici şirkətlərin Azərbaycandakı nümayəndəliklərinin biznesinə təsir göstərəcək, milli turizm firmalarına isə təsir etməyəcək. Qiymətlərin azalması artıq müşahidə olunur: əvvəllər bir həftəlik putyovkanı 700 dollara almaq olardısa, indi onu 500 dollara təklif edirlər.

АВ Тravel turizm şirkətinin direktoru Nərgiz Babayeva :

- Düşünürəm ki, 2009 - cu ildə Azərbaycanın turizm sahəsində mühüm dəyişikliklər gözləməyə dəyməz. Gələn il bu sahə indiki  aşağı səviyyədə olacaq. Həmişə Yeni il ərəfəsində olduğu kimi, indi bazarda yüksəliş müşahidə olunur. Lakin bayramlardan sonra, yayadək davam edəcək azalma başlayacaq. Bazarda transformasiya aviabiletlərin qiyməti düşdüyü halda baş verə bilər. Lakin hələ ki, dəyişikliklər gözlənilmir.

VİP Travel turizm şirkətinin direktoru Ruslan Rəhimov :

- 2009 - cu ildə Azərbaycanın bazarında turistlərin sayının 5 - 10 faizlik artımı gözlənilir, turizm putyovkaları isə, 10 faiz bahalaşacaq. Bazarın inkişafı yolunda bu, tamamilə təbiiir və heç bir halda dünya maliyyə böhranı ilə bağlı deyil. Turizm istirahətlə birbaşa bağlıdır və yaxşı işləmək üçün istirahət zəruridir. Bu baxımdan, adətən, insanlar ondan imtina etmirlər.

Euroturizm turizm şirkətinin direktoru Azad Əliyev :

- 2009 - cu ildə dünya maliyyə böhranı, bütün digər sahələrə olduğu kimi, turizmə də təsir göstərəcək. Artıq bazarda tələbatın azalması müşahidə edilir və düşünürəm ki, gələn il tələbat daha 5 - 10 faiz düşəcək. Ola bilsin, qiymətlər də azalsın. Lakin bu prosesi turizm şirkətləri deyil, mehmanxana, restoran, aviaşirkətlər tənzimləyirlər. Buna görə də, vəziyyəti proqnozlaşdırma çətindir.

Arayış: Azərbaycanda rəsmi olaraq təxminən 800 turizm şirkəti qeydiyyatdan keçsə də, cəmi 30 - dək sirkət fəaldır.   

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti