...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2009 13:14 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı, 12 yanvar/ Trend , müxbir İ.Xəlilova/ Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0002 bənd möhkəmlənib  (0,02 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,80194 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi yanvarın 7-də 1 ABŞ dolları üçün 0,8025 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi  

29 dekabr

0,8005

5 yanvar

0,8015

30 dekabr

0,8039 

6 yanvar

0,802

31 dekabr

0,801

7 yanvar

0,8025

1 yanvar

0,801

8 yanvar

0,802

2 yanvar                                                      

0,801

9 yanvar                                                     

0,8017 

Həftə ərzində orta

0,80148

Həftə ərzində orta

0,80194

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0491 bənd (4,91 faiz) möhkəmlənib. Orta məzənnə 1 ABŞ dollarına 0,81626 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi yanvarın 9-da 1 ABŞ dollarına 0,8504 manat, minimum isə yanvarın 5-də 1 ABŞ dollarına 0,8013 manat müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): yanvarın 5-da sövdələşmə həyata keçirilməyib və məzənnə səhər sessiyası səviyyəsində qalıb - 0,8013AZN/USD, yanvarın 6-da 0,8019 AZN/USD məzənnəsi ilə $3 mln., yanvarın 7-də sövdələşmələr qeydə alınmayıb və məzənnə səhər sessiyası səviyyəsind qalıb - 0,8019AZN/USD,  yanvarın 8-də 0,8258 AZN/USD  məzənnəsi ilə $4,67 mln. və yanvarın 9-da 0,8504 AZN/USD məzənnəsi ilə $1,23 mln.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi

29 dekabr

0,8005

5 yanvar

0,8013

30 dekabr

0,8013

6 yanvar

0,8019

31 dekabr

-

7 yanvar

0,8019

1 yanvar

-

8 yanvar

0,8258

2 yanvar

-

9 yanvar                                                        

0,8504

Həftə ərzində orta

0,8009

Həftə ərzində orta

0,81626

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. BEST bankları tərəfindən RUB/AZN və EUR/AZN alətləri üzrə sifarişlər təqdim olunmayıb.

Son 15 gün ərzində özəlləşdirmə çeklərinin qiymətləri  iki manat düşüb, və 15 mnat təşkil edib. enmə çeklərin istifadə müddətinin başa çatması müddətinin yaxınlaşması fonunda müşahidə olunur.

Özəlləşdirmə çeklərindən istifadə müddəti  2010-cu il yanvarın 1-nə müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti