...

Azərbaycan bankı Xalq Bank Visa International-a qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2009 16:09 (UTC +04:00)
"Azərbaycan bankı Xalq Bank Visa International beynəlxalq ödəmə sisteminin plastik kartlarının buraxılışına və xidmət göstərilməsinə başlayıb", - bankın məlumatında deyilir.
Azərbaycan bankı Xalq Bank Visa International-a qoşulub

Azərbaycan, Bakı, 21 iyul / Trend /

"Azərbaycan bankı Xalq Bank Visa International beynəlxalq ödəmə sisteminin plastik kartlarının buraxılışına və xidmət göstərilməsinə başlayıb", - bankın məlumatında deyilir.

Özəl müştərilərə Visa Electron electron kartı, Visa Classic kütləvi kartı, Visa Gold və Visa Platinum prestij kartlarını, korporativ müştərilərə isə Visa Business və Visa Electron Salary kartları təqdim olunur.

Bank, müştəri öz vəsaitlərindən istifadə etdiyi zaman debüt kartları, bank tərəfindən ayrılan kredit vəsaitlərindən yararlandığı zaman kredit kartları verir.

Xalq Bank-ın buraxdığı bütün Visa kartları çiplidir ki, bu da daha yüksək səviyyəli müdafiə və bir sıra üstünlük deməkdir.

Xalq Bank MasterCard sisteminin plastik kartlarını da buraxır. Bu gün bank tərəfindən 13,3 mindən çox kart emissiya edilib.

Bu gün Xalq Bank-ın xidmət şəbəkəsi Bakı və ölkənin regionlarında səkkiz filial və dörd şöbəni əhatə edir.

Xəbər lenti

Xəbər lenti