...

İlin birinci yarısında Azərbaycan Beynəlxalq Bankının öhdəlikləri 25 faizdən çox azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2009 19:07 (UTC +04:00)
"İlin birinci yarısında Azərbaycan Beynəlxalq Bankının (ABB) iyulun 1-nə olan aktivləri 3,47 milyard manat təşkil edib ki, bu da yanvarın 1-nə olan göstəricidən 20,6 faiz azdır", - bankın bazar ertəsi yayılan məlumatında deyilir.

Azərbaycan, Bakı, 27 iyul / Trend , müxbir N.İsmayılova /

"İlin birinci yarısında Azərbaycan Beynəlxalq Bankının (ABB) iyulun 1-nə olan aktivləri 3,47 milyard manat təşkil edib ki, bu da yanvarın 1-nə olan göstəricidən 20,6 faiz azdır", - bankın bazar ertəsi yayılan məlumatında deyilir.

ABB-nin məcmu kapitalı yarım il ərzində 6,6 faiz artaraq 446,15 milyon manat, nizamnamə kapitalı isə 197,59 milyon manat (4,1 faiz artım) təşkil edib. Bankın iyulun 1-nə xalis gəliri 62,19 milyon manat olub. ABB-nin öhdəlikləri 25,7 faiz azalaraq 2,9 milyard manat təşkil edib.

Bankın kredit portfeli 16,4 faiz azalaraq 2,45 milyard manat olub ki, bunun da 356,7 milyon manatını istehlak kreditləri təşkil edir.

Tələb olunana qədər depozitlər 141,7 milyon manat, uzunmüddətli depozitlər 346,4 milyon manat təşkil edir.

Bankın aktiv plastik kartlarının sayı 1 589 333 ədəd, bankomatlarının sayı 587, POS-terminallarının sayı 2 692, filiallarının sayı 37-dir.

İyulun 27-nə olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti