...

AYİB mikro və kiçik sahibkarlığın maliyyələşdirilməsi üçün Bank Respublikaya kredit ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2009 17:52 (UTC +04:00)
Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan bankı Bank Respublikaya altı milyon dollar məbləğində kredit xətti ayırması barədə müqavilənin imzalanması mərasimi təşkil edilib.
AYİB mikro və kiçik sahibkarlığın maliyyələşdirilməsi üçün Bank Respublikaya kredit ayırıb

Azərbaycan, Bakı, 09 dekabr / Trend /

Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan bankı Bank Respublikaya altı milyon dollar məbləğində kredit xətti ayırması barədə müqavilənin imzalanması mərasimi təşkil edilib. Bu barədə Bank Respublikanın çərşənbə günü yayılmış məlumatında deyilir. Kredit xətti mikro və kiçik sahibkarlığın (MSME Lending) kreditləşdirilməsi proqramına dair ayrılıb.

Kredit həm ortamüddətli, həm də uzunmuddətli yardımla investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək ki, bu da mikro və kiçik sahibkarlıqların kreditləşməsinin çatışmadığı bir dövrdə ölkənin özəl sektorunun maraqlarına xidmət edir.

Bank Respublikaya kredit xəttinin ayrılması barədə qərar maliyyə fəaliyyətinin qiymətləndirilməsi, bank xidmətləri bazarındakı mövqeyi, həmçinin regional filial şəbəkələrinin əhatəsi əsasında qəbul olunub.

Bank Respublika AYİB ilə 2004-cü ildən əməkdaşlıq edir. Əməkdaşlıq ərzində Avropa Bankının müxtəlif kreditləşmə proqramları üzrə Bank Respublikaya 59,2 milyon dollar ayrılıb.

Bank Respublika 1992-ci ildən fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasında səhmdar kapitalının "25% + 1 səhm" paketinə sahib olan Almaniyanın 2 nəhəng maliyyə təşkilatı - KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Developmev 9nt Trust təmsil olunur. 1 dekabr 2009-cu il tarixinə Bank Respublikanın məcmu kapitalı 56,2 mln. manat, nizamnamə kapitalı isə 22,6 mln. manatdır.

Hazırda Bakı və regionlarda Bank Respublikanın 34 filial və şöbəsi fəaliyyət göstərir.

Dekabrın 09-na olan rəsmi məzənnə 0,8028 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti