...

Azərbaycanda noyabr ayında inşaat materialları ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2009 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Noyabr ayında inşaat materialları bazarında orta qiymətlər 2,2% ucuzlaşıb. Bu barədə cümə günü "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən məlumat verilib.

İlin əvvəlinə görə, inşaat materiallarının qiyməti 23,5% azalıb, keçən ilin analoji dövrü ilə müqayisədə isə 3,7% artıb.

Keçən ay 39 adda 89 çeşiddə inşaat materiallarının monitorinqi aparılıb, bunlardan 32 növü bazar portfelinin böyük hissəsini təşkil edir. 6 növdə qiymətlərin artımı müşahidə edilib. 51 növdə inşaat materiallarının qiymətləri isə dəyişməz qalıb.

Bakının inşaat bazarında yerli istehsalat materiallarının payı 53,9% təşkil edib. Birlik tərəfindən aparılan araşdırmalar göstərib ki, qiymətlərin azalması ilə müvafiq olaraq tələbatda da azalma müşahidə edilib.

Noyabrda şüşə 6%, üzlük daş 5,1% bahalaşıb. Karxana daşı 13,5%, inşaat qumu 8,3%, ağac 2,3%, armatur 0,6%, dəniz duzu 2,7%, taxtapuş örtüyü 0,5%, izolyasiya materialları 3,4% ucuzlaşıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected].

Xəbər lenti

Xəbər lenti