...

Azərbaycan bankı Amrahbank OFİD xətti ilə kredit cəlb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2009 20:29 (UTC +04:00)
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Beynəlxalq İnkişaf Fondu (OFID) və Azərbaycan bankı Amrahbank 2009-cu il dekabrın 16-də Vyanada OFID-in qərərgahında bank üçün açıq kredit xətti haqqında müqavilə imzalayıblar.
Azərbaycan bankı Amrahbank OFİD xətti ilə kredit cəlb edib

Azərbaycan, Bakı, 21 dekabr / Trend /                                                                   

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Beynəlxalq İnkişaf Fondu (OFID) və Azərbaycan bankı Amrahbank 2009-cu il dekabrın 16-də Vyanada OFID-in qərərgahında bank üçün açıq kredit xətti haqqında müqavilə imzalayıblar. Bu barədə bankın bazar ertəsi yayılmış məlumatında deyilib.

Məlumatda deyildiyi kimi, Amrahbank və OFID arasındakı müqavilə çərçivəsində iki milyon dollarlıq kredit vəsaiti Azərbaycanda maliyyələşdirmə ticarəti üzrə əməliyyatların genişləndirilməsi məqsədi ilə cəlb edilib.

Kredit müqaviləsini OFID-in baş direktoru Süleyman əl-Hərbiş və Amrahbank-ın İdarə Heyətinin sədri Emil Məmmədov imzalayıb.

İmzalanma mərasimində əl-Hərbiş deyib ki, OFID-in Azərbaycanla əməkdaşlığı dövlət sektorundakı layihələrin dəstəklənməsi ilə başlanıb.

"Maliyyələşdirmə ticarətinə gəldikdə isə, həmin Azərbaycan bankları maliyyələşdirmə ticarətinin genişləndirilməsi üçün OFID vəsaitlərindən istifadə edən birinci müştərilər siyahısında olublar", - əl-Hərbiş deyib.

O həmçinin qeyd edib ki, Amrahbank üçün həmin kredit xətti OFID-in Azərbaycanda doqquzuncu özəl ticarət əməliyyatıdır.

"Biz OFID ilə əlaqələrimizin genişləndirilməsinə görə çox şadıq, belə ki, biz artan biznesin kreditləşdirilməsini davam etdirə bilərik. Biz OFID-in iqtisadiyyatdakı və Azərbaycanda sosial layihələrdəki töhfəsini qiymətləndiririk və şadıq ki, Fondla əməkdaşlıq qoyulmuş məqsədə çatmağa imkan yaradır. Ən əsası da, biz ümid edirik ki, bu gələcək əməkdaşlıq üçün açar platforma olacaq", - Məmmədov deyib.

Amrahbank OFID-in vəsaitlərindən özünün Azərbaycana məhsul idxalı, telekommunikasiya sahəsini əhatə edən, qida sənayesi, milli istehlak məhsullarının istehsalı ilə məşğul olan hazırkı və potensial korporativ müştərilərinə dəstək göstərmək üçün istifadə etmək niyyətindədir.

Amrahbank 1993-cü ildə təsis edilib və Əmanətlərin Sığоrtalanması Fоndunun, İpоteka Fоndunun, Sahibkarlığa Yardım Milli Fоndunun və Azərbaycan Banklar Assоsiasiyasının üzvüdür. Bəhreyndə yerləşən və hazırda bankın səhmlərinin 49%-nə sahib оlan Beynəlxalq Sərmayə Bankı ilə əldə edilmiş strateji əməkdaşlıq bankın fəaliyyətinin bir çоx sahələrinin inkişafına, o cümlədən kоrpоrativ idarəetmə sisteminin, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafına, bankın xidmət və məhsullarının keyfiyyətinə təkan verib.

Xəbər lenti

Xəbər lenti