...

Azərbaycanda plastik kartların dövriyyəsi 5 milyard manata çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2010 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 yanvar/ Trend , müxbir N.İsmayılov/

Azərbaycan Mərkəzi Bankının məlumatlarına görə, ölkədə dekabr ayının əvvəlinə 3936 min ədəd ödəmə kartları olub. Bu da ötən ilin oktyabr ayına olan göstəricidən 1,5%, 2009-cu ilin əvvəlinə olan göstəricidən isə 8,5 % çoxdur.

hesabat dövrü ərzində debet kartları üzrə əməliyyatların sayı 3544 olub. Keçən ilin noyabr ayında debet kartlar üzrə əməliyyatların sayı 414 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünə olan göstəricidən 4% çoxdur.

Keçən ilin noyabr ayı ərzində kredit kartları vasitəsilə ümumi dəyəri 44 milyon dollar olan 174 min əməliyyat həyata keçirilib. Bu da oktyabrdakı göstəricidən 12% aşağıdır.

Keçən ilin 11 ayı ərzində plastik kartların ümumi dövriyyəsi 4822 milyon manat, o cümlədən kredit kartları üzrə 481 milyon manat təşkil edib.

Yanvarın 9-na olan rəsmi məzənnə 0,8031 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti