...

Azərbaycan regionunda yarım milyon manat həcmində 40 güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2010 19:56 (UTC +04:00)
Martın 18-də Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Dağlıq Şirvan rayonunda keçirib. Tədbirdə Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 280-ə yaxın sahibkar iştirak edib.
Azərbaycan regionunda yarım milyon manat həcmində 40 güzəştli kredit verilib

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir N.İsmayılov/

Martın 18-də Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Dağlıq Şirvan rayonunda keçirib. Tədbirdə Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 280-ə yaxın sahibkar iştirak edib. Bu barədə nazirliyin cümə axşamı yayılan məlumatında deyilir.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) müvəkkil kredit təşkilatları vasitəsilə Şamaxı və qonşu rayonlarda işləyən 40 sahibkara ümumi məbləği 550 min manat olan güzəştli kredit ayırıb. Bu kreditlər hesabına 90-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbir iştirakçıları, həmçinin Abşeron rayonunda "Aveta" MMC-nin 10 min ton tutumlu taxıl saxlama kompleksinin inşasının tamamlama işləri ilə tanış olublar. Kompleks Milli Fondun güzəştli kreditləri vasitəsilə inşa olunur.

SKMF, həmçinin Milli Fondun vəsaiti hesabına güzəştli kredit alınması üçün investisya layihələrinin qiymətləndirilməsi və hazırlanmsı üzrə treninq keçirib. Treninqdə sahibkarlara biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və Fonda təqdim edilməsi qaydaları, güzəştli kreditlərdən səmərəli istifadə üsulları barədə ətraflı məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Martın 18-nə olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti