...

Azərbaycan şirkəti Poti azad sənayə zonasında işləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Mart 2010 17:11 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 mart / Trend , müxbir N.Kirsxaliya/

LG şirkəti Potidəki azad sənaye zonasında öz müəssisəsini tikəcək. Bu barədə Gürcüstanın Baş naziri Nika Qilauri çərşənbə günü deyib.

Onun sözlərinə görə, televizor və məişət texnikası istehsalında məşhur olan LG şirkəti müəssisənin tikilməsi barədə müqaviləni Poti azad sənaye zonası ilə bu yaxınlarda rəsmiləşdirib.

Həmin müəssisədə 100-ə qədər adam işləyəcək və onların məvacibi orta hesabla 1000 lari təşkil edəcək.

"Müqavilə Potidə müəssisə tikəcək ümumilikdə 22 şirkət ilə rəsmiləşdirilib", - Qilauri deyib.

"Cəmi 22 şirkətə lisenziya verilib. Lisenziya verilən şirkətlər Gürcüstan bazarına daxil olacaq və öz müəssisələrini açacaqlar. Onlar arasında Azərbaycan, İran, Ermənistan, Birləşmiş Ərəb Əmirlikləri və Koreya şirkətləri də var", - Baş nazir deyib.

Xəbər lenti

Xəbər lenti