...

"DəmirBank" və AİB 4,5 milyon dollar həcmində müqavilə imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2010 10:57 (UTC +04:00)
"DəmirBank" və Asiya İnkişaf Bankı (AİB) 4,5 milyon ABŞ dolları həcmində ticarət maliyyələşdirməsi proqramı çərçivəsində iki müqavilə imzalayıblar. Bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.
"DəmirBank" və AİB 4,5 milyon dollar həcmində müqavilə imzalayıblar

"DəmirBank" və AİB 4,5 milyon dollar həcmində müqavilə imzalayıblar

Azərbaycan, Bakı, 3 nay /Trend/

"DəmirBank"Asiya İnkişaf Bankı (AİB) 4,5 milyon ABŞ dolları həcmində ticarət maliyyələşdirməsi proqramı çərçivəsində iki müqavilə imzalayıblar. Bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

Müqavilələrdən biri AİB-in ticarət əməliyyatlarına zəmanət verilməsi, digəri isə bank müştərilərinə ixrac-idxal əməliyyatlarının maliyyələşdirilməsi üçün kreditlərin verilməsinin bərpasına yönəlib. Birinci müqavilə üzrə ilkin limit 3,5 milyon dollar, ikinci üzrə isə bir milyon dollar təşkil edir. Müqavilələr müddətsiz olaraq imzalanıb ki, bu da beynəlxalq ticarətin maliyyələşdirilməsi üzrə əməliyyatların sayınnı artırılmasına və üzün dövr ərzində göstərilən xidmətlərin həcminin artırılmasını təmin etməyə imkan verəcək.

"DəmirBank" üçün AİB-lə ilk olan bu razılaşma bankın beynəlxalq əlaqələrini genişləndirdiyini sübut edir. Əməkdaşlıq nəticəsində müştərilərə əlverişli şərtlərlə göstərilən xidmətlərin həcmi artırılacaq. AİB-lə əməkdaşlıq bankımızın gələcəkdə inkişaf etməsinə təkan verəcək", - bankın idarə heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

"DəmirBank" müxtəlif kredit proqramları üzrə Avropa İnkişaf və Yenidənqurma Bankı, Beynəlxalq Maliyyə Şirkəti, Hollandiya Maliyyə İnkişaf Şirkəti (FMO), Qara dəniz Ticarət və İnkişaf Bankı, Almaniya - Azərbaycan Fondu, Alman İnvestisiya Şirkəti DEG, Beynəlxalq İnkişaf Fondu OFID, özəl sektorun inkişafı üzrə İslam Korporasiyası, "Rosemount Global" Ticarət-Maliyyə Fondu (ABŞ), BANIF (Portuqaliya), SIFEM AG İnvestisiya Fondu (İsveçrə), ING BANK (Niderland) kimi beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq edir.

Ölkənin ilk banklarından biri olan "DəmirBank" (əvvəlki adı "Azərdəmiryolbank") 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları arasında AYİB və FMO kimi iri maliyyə qurumları təmsil olunub.

Xəbər lenti

Xəbər lenti