...

"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Astara marşrutu ilə qatarların hərəkətinin bərpası üzrə iş aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2010 14:42 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC Kür çayının öz məcrasından çıxması nəticəsində yaranmış problemlə əlaqədar dayandırılan Bakı-Astara marşrutu ilə qatarların hərəkətinin bərpası üzrə iş aparır.
"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Astara marşrutu ilə qatarların hərəkətinin bərpası üzrə iş aparır

Azərbaycan, Bakı, 10 may /Trend/

"Azərbaycan Dəmir Yolları" QSC Kür çayının öz məcrasından çıxması nəticəsində yaranmış problemlə əlaqədar dayandırılan Bakı-Astara marşrutu ilə qatarların hərəkətinin bərpası üzrə iş aparır. Bu barədə bazar ertəsi QSC-nin mətbuat xidmətini rəhbəri Nadir Əzməmmədov məlumat verib.

14 vaqonlu Bakı-Astara-Horadiz qatarı Şirvan stansiyasınadək gedir, orada isə Bakı-Astara və Bakı-Horadiz qatarlarına ayrılır. Hazırda Horadizə gedən qatarların hətəkəti davam edir, Astaraya hərəkət isə dayandırılıb. Astara istiqamətində sutka ərzində 300 adam daşınır.

Əzməmmədovun sözlərinə görə, problemlər Osmanlı-Azadkənd yolundakı daşqın üzündən yaranıb. Yaşayış məntəqələrinin ziyan çəkməməsindən ötrü yol örtüyü altından suyun keçməsi üçün tədbirlər görülüb.

Sahilyanı ərazilərin möhkəmləndirilməsi işlərinin aparılması üçün həmin əraziyə 34 vaqon daş plitələr, köhnə beton şpallar gətirilib. Şirvan stansiyasında 55 yüklənmiş vaqon var.

Xəbər lenti

Xəbər lenti