...

Azərbaycanın bank sektorunun kapitallaşması aprel ayı ərzində təqribən 2 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2010 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir N.İsmayılova/

Aprel ayı ərzində Azərbaycanın bank sektorunun kapitallaşması ilin əvvəlindəki 1,1 faizə qarşı 1,6 faiz artaraq 2026,71 milyon manat təşkil edib. Bu barədə çərşənbə günü Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

AMB-nin statistik məlumatlarına əsasən, 2010-cu il aprel ayının sonuna 42 bankın kapitalı 10 milyon manatı ötüb. Martın sonunda bankların sayı 41 olub. Bu kateqoriyalı bankların ümumi kapital həcmində xüsusi çəkisi aprel ayında 98,3 səviyyəsində dəyişməz qalıb.

Üç bankın (1,3 faizlik xüsusi çəki ilə) kapitalı 5 milyon manatdan 10 milyon manatadək formalaşıb. Bankların biri (0,2 faiz) onu 3,5 milyon manatdan 5 milyon manatadək, digəri isə (0,2 faiz) 3,5 milyon manatadək həcmdə ödəyib.

Mayın 26-na olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti