...

Azərbaycan bankları iqtisadiyyatın kreditləşməsini 1,5 faiz artırıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2010 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 oktyabr/Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankları avqustda iqtisadiyyata kreditləşməni 1,5 faiz, 2009-cu ilin avqustuna nisbətdə isə 15,2 faiz artırıblar. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında deyilir.

Avqustun sonuna banklar tərəfindən 8788,6 milyon manat kredit verilib (o cümlədən 5448,7 milyon manat milli valyutada və 3339,9 milyon manat valyutada). Bu göstərici avqustun 1-nə 8656,2 milyon manat (müvafiq olaraq 5357,6 milyon manat və 3293,6 milyon manat) və 2009-cu il avqustun 1-nə 7629,8 milyon manat (müvafiq olaraq 4245,7 milyon manat və 3384,2 milyon manat) təşkil edib.

Avqustda milli valyutada verilən kreditlərin payı 62 faiz, xarici valyutada isə 38 faiz təşkil edir.

Ümumi portfeldən 423,7 milyon manat məbləğində istiqraz və borcların müddəti uzadılıb. Bu göstərici avqustun 1-nə 400 milyon manat, 2009-cu il avqustun 1-nə isə 274,9 milyon manat olub. Avqust ərzində müddəti uzadılan istiqraz və borcların həcmi 5,9 faiz, 2009-cu ilin avqustuna nisbətdə isə 54,1 fazi artıb. Müddəti uzadılan kreditlərin statistikası "Aqrarkredit" bank olmayan kredit təşkilatının oxşar istiqrazlarını nəzərə almır.

Avqustun sonuna olan məlumata görə, qısamüddətli kreditlər 2445,8 milyon manat olub. Bu göstərici iyunun sonuna 2401,5 milyon manat, ötən il avqustun sonuna isə 2133,3 milyon manat təşkil edib. Avqustda iqtisadiyyatda qısamüddətli kreditlərin həcmi 1,8 faiz, 2009-cu ilin avqustuna nisbətdə isə 14,6 faiz artıb.

Uzunmüddətli kreditləşmə 6342,7 milyon manat, avqustun 1-nə 6249,7 milyon manat, 2009-cu ilin avqustun birinə isə 5496,6 milyon manat təşkil edib. Avqustda uzunmüddətli kreditləşmənin həcmi 1,5 faiz, 2009-cu ilin iyuluna nisbətdə isə 15,4 faiz azalıb.

Məlumatda qeyd edildiyinə görə, avqustun sonuna Azərbaycan Beynəlxalq Bankı tərəfindən 44 faizlik xüsusi çəki ilə 3865,8 milyon manat, özəl banklar tərəfindən isə 53,9 faizlik xüsusi çəki ilə (1 faiz artım) 4740,6 milyon manat kredit verilib. Qalan 2,1 faiz bank olmayan kredit təşkilatlarının payına düşür. Onlar tərəfindən 182,2 milyon manat kredit verilib.

Oktyabrın 2-nə rəsmi məzənnə 0,8026 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti