...

Azərbaycanda kolbasa və kolbasa məmulatları ilə bağlı bir neçə dövlət standartında dəyişikliklər edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2010 17:01 (UTC +04:00)
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bəzi dövlət standartlarına dəyişikliklər edilib.
Azərbaycanda kolbasa və kolbasa məmulatları ilə bağlı bir neçə dövlət standartında dəyişikliklər edilib

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bəzi dövlət standartlarına dəyişikliklər edilib. Bu barədə bazar ertəsi Dövlət Komitəsinin yaydığı məlumatda deyilir.

Dövlət standartlarına edilən dəyişikliklərə AZS 088-2003 "Bişirilmiş-hisə verilmiş kolbasalar. Ümumi texniki şərtlər", AZS 100-2003 "Bişmiş kolbasalar. Ümumi texniki şərtlər", AZS 104-2003 "Yarın hisə verilmiş kolbasalar. Ümumi texniki şərtlər" və AZS 117-2004 "Sosiskalar, sardelkalar, ət çörəkləri. Ümumi texniki şərtlər" aiddir.

Dəyişikliyə əsasən, məhsulların istehsalında beynəlxalq təcrübəyə əsaslanan müasir texnologiyaların tətbiqi, eləcə də məhsulların saxlanma müddətlərinin artırılmasına zəmanət verən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən razılaşdırılmış resepturalar üzrə istifadə olunan konservantlar və digər qida əlavələri, həmçinin qoruyucu poliamid və s. sintetik qılafların xüsusiyyətləri nəzərə alınmaqla, havanın nisbi rütubəti 75-78% olmaqla, 20С-dən 60С-dək temperaturda bişirilmiş-hisə verilmiş kolbasaların yararlılıq müddətlərinin 60 sutkayadək; havanın nisbi rütubəti 75%-dən çox olmamaq şərtilə, 0С-dən 60С-dək temperaturda bişmiş kolbasaların yararlılıq müddətlərinin 60 sutkayadək; havanın nisbi rütubəti 75-78% olmaqla, 20С-dən 60С-dək temperaturda yarım hisə verilmiş kolbasaların yararlılıq müddətlərinin 60, serviz doğramasında 20, porsion doğramalarda 30 sutkayadək; havanın nisbi rütubəti 75%-dən çox olmamaq şərtilə, 0С-dən 60С-dək temperaturda sosiskalar, sardelkalar, ət çörəklərinin yararlılıq müddətlərinin 30 sutkayadək artırıla bilməsi tövsiyə edilir.

Xəbər lenti

Xəbər lenti