...

Azərbaycanda tikinti sahəsində yeni standartlar tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2010 19:14 (UTC +04:00)
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Texniki Normalaşdırma, Standartlaşdırma və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Elmi-Texniki Komissiya (TNDETK) tərəfindən qəbul edilmiş bir neçə standartı təsdiq edib.
Azərbaycanda tikinti sahəsində yeni standartlar tətbiq edilib

Azərbaycan, Bakı, 25 noyabr/Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Texniki Normalaşdırma, Standartlaşdırma və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Elmi-Texniki Komissiya (TNDETK) tərəfindən qəbul edilmiş bir neçə standartı təsdiq edib. Bu barədə Komitənin cümə axşamı yayılan məlumatında deyilir.

Dövlət Komitəsi DÜST 24211-2008 Dövlətlərarası standart "İnşaat məhlulları və betonlar üçün əlavələr. Ümumi texniki şərtlər"i, DÜST 25607-2009 "Avtomobil yolları və aerodromların örtükləri və bünövrələri üçün qırmadaş-çınqıl-qum qarışıqları. Texniki şərtlər"i, DÜST 31167-2009 Dövlətlərarası standart "Bina və qurğular. Təbii şəraitdə mühafizə konstruksiyalarının havakeçirmə qabiliyyətinin təyin edilməsi üsulları"nı, DÜST 30459-2008 Dövlətlərarası standart "İnşaat məhlulları və betonlar üçün əlavələr. Səmərəliliyin müəyyən edilməsi və qiymətləndirilməsi"ni, DÜST 31167-2009 Dövlətlərarası standart "Bina və qurğular. Təbii şəraitdə mühafizə konstruksiyalarının havakeçirmə qabiliyyətinin təyin edilməsi üsulları"nı, DÜST 31251-2008 Dövlətlərarası standart "Bayır tərəfdən xarici divarlar. Yanğın təhlükəsi üzrə sınaq metodları", DÜST 9128-2009 Dövlətlərarası standart "Yol, aerodrom asfaltbeton qarışıqları və asfaltbeton. Texniki şərtlər"i DÜST 9128-2009 Dövlətlərarası standart "Yol, aerodrom asfaltbeton qarışıqları və asfaltbeton. Texniki şərtlər"i, DÜST 10832-2009 Dövlətlərarası standart "İnşaat məhlulları və betonlar üçün əlavələr. Ümumi texniki şərtlər"i təsdiq edib.

Standartlar 1 yanvar 2011-ci il tarixdən qüvvəyə minir. Bununla əlaqədar DÜST 10832-91, DÜST 24211-2003, DÜST 25607-83, DÜST 30459-2003, DÜST 31167-2002, DÜST 9128-84 standartları qüvvədən düşmüş hesab edilir.

Xəbər lenti

Xəbər lenti