...

Azərbaycan bankı "NBC Bank" "Zolotaya Korona" beynəlxalq pulköçürmə sisteminə qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2010 19:34 (UTC +04:00)
"NBC Bank" ASC müştərilərə Rusiyanın "Zolotaya Korona" beynəlxalq sürətli pulköçürmə sistemi üzrə xidmət göstərməyə başlayıb.
Azərbaycan bankı "NBC Bank" "Zolotaya Korona" beynəlxalq pulköçürmə sisteminə qoşulub

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir N.İsmayılova/

"NBC Bank" ASC müştərilərə Rusiyanın "Zolotaya Korona" beynəlxalq sürətli pulköçürmə sistemi üzrə xidmət göstərməyə başlayıb. Bu barədə bankın cümə axşamı yayılan məlumatında deyilir.

Pulköçürmə əməliyyatları bankın Bakı, Sumqayıt və Gəncə şəhərləri daxil olmaqla, 7 filialını əhatə edir.

15 mindən artıq xidmət məntəqəsinə malik olan "Zolotaya Korona" sistemi vasitəsilə Rusiya, digər MDB ölkələri və Çinə dollar, rubl və avro ilə pul köçürmək və ya qəbul etmək mümkündür. Komisyon haqqı 1,5 faiz təşkil edir.

Bununla yanaşı, "NBC Bank" vasitəsilə müştərilər "Western Union", "Contact", "Privat Money", "Bıstraya Poçta", "Xpress Money", "Allure" sistemləri ilə də pul köçürə bilərlər.

"NBC Bank" ASC 17 dekabr 1992-ci ildən fəaliyyət göstərir. Bankın baş ofisindən əlavə, Bakıda fəaliyyət göstərən 1 saylı, Sahil, Səbail, Yasamal, Gənclik və regionlarda fəaliyyət göstərən Sumqayıt və Gəncə filialları olmaqla 7 filialı var. Bütün filiallarda həm fiziki, həm də hüquqi şəxslərə nəzərdə tutulan müxtəlif növ bank xidmətləri göstərilir.

Xəbər lenti

Xəbər lenti