...

Azərbaycan Əmək Nazirliyi 2010-cu ildə təxminən 30 min nəfəri işlə təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2011 17:59 (UTC +04:00)
2010-cu il ərzində Məşğulluq Xidməti orqanlarına müraciət etmiş 54 023 nəfərdən 39 922 nəfəri müvafiq qaydada qeydiyyata alınıb ki, onlardan da 28 362 nəfəri münasib işlə təmin edilib, 3921 nəfəri isə peşə hazırlığı kurslarına cəlb olunub.
Azərbaycan Əmək Nazirliyi 2010-cu ildə təxminən 30 min nəfəri işlə təmin edib

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir Ü.İsmayılova/

2010-cu il ərzində Məşğulluq Xidməti orqanlarına müraciət etmiş 54 023 nəfərdən 39 922 nəfəri müvafiq qaydada qeydiyyata alınıb ki, onlardan da 28 362 nəfəri münasib işlə təmin edilib, 3921 nəfəri isə peşə hazırlığı kurslarına cəlb olunub. Trend-in məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir.

"Peşə hazırlığına cəlb olunanların 51%-i, yəni 2000 nəfəri son illərdə Bakı, Naxçıvan şəhərlərində və Göyçay rayonunda istifadəyə verilmiş Regional Peşə Tədrisi mərkəzlərində peşə kursu keçib", - məlumatda deyilir.

2010-cu ildə ilk dəfə olaraq iqtisadi fəaliyyət növ­ləri üzrə əmək miqrasiyası kvotası tətbiq edilib və ötən il üçün bu kvota 10 700 nəfər müəyyən olunub. Hə­min il respublikamızda kvota əsasında qanuni əsaslarla 8708 nəfər əcnəbi əmək fəaliyyəti ilə məşğul olub. Qeyd olunan məqsədlərə nail olunması baxımından cari il üçün əmək miqrasiyası kvotası azaldılaraq 9815 nəfər müəy­yən edilib. Hazırda ölkəmizdə qanuni əsaslarla 8881 nəfər əcnəbi haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti