...

Bakıda yeni taksilər üçün sürücülərin seçiminə başlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2011 16:06 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyinin elan etdiyi "Bakıda taksi parkının London Taxi TX4 markalı avtomaşınlara dəyişdirilməsi" proqramı çərçivəsində "Baku Taxi Company" şirkəti sürücülərin seçilməsini elan edib.
Bakıda yeni taksilər üçün sürücülərin seçiminə başlanıb

Azərbaycan, Bakı, 18 mart /Trend/

Azərbaycan Nəqliyyat Nazirliyinin elan etdiyi "Bakıda taksi parkının London Taxi TX4 markalı avtomaşınlara dəyişdirilməsi" proqramı çərçivəsində "Baku Taxi Company" şirkəti sürücülərin seçilməsini elan edib. Trend-in məlumatına görə, bu barədə cümə günü rəsmi mətbuatda yerləşdirilən məlumatda deyilir.

Şirkət "B" kateqoriyalı sürücülük vəsiqəsinə malik sürücüləri işə dəvət edir. İddiaçıların yaşı 19-dan az olmamalı və azı bir illik iş stajına malik olmalıdırlar.

Bundan əvvəl Azərbaycan London taksilərinin aparıcı istehsalçısı olan "Manganese Bronze Hildings PLC" şirkəti ilə avtomobillərin alınması üzrə müqavilə imzalayıb.

"Manganese Bronze Hildings PLC" və Çinin avtomobil istehsalçısı "Geely Automobile Holdings Limited"in birgə müəssisəsi "Shanghai LTI" şirkətinin bu taksilərinin 2011-ci ildə Bakıya tədarükü üzrə saziş London şirkəti üçün ən iri müqavilədir.

"London Taxi TX4"ün 100 avtomobildən ibarət ilk partiyasının satışı aprelin sonlarına planlaşdırılıb. Avtomobillərin hamısının tədarükü 2011-ci il noyabrın sonlarında başa çatacaq.

Sifarişin ümumi dəyəri 27 milyon dollara yaxındır.

Azərbaycan Nəqliyyat Nazirliyindən bir az əvvəl bildirilmişdi ki, Bakıya ümumilikdə üç minədək yeni taksinin gətirilməsi planlaşdırlır.

Bakı şəhərinin taksiləri üçün bənövşəyi rəngdə avtomobillər seçilib.

Bakın və Azərbaycan regionlarının taksi ilə təmin olunması üçün müxtəlif istehsalçılardan cəmi 7-8 min avtomobilin alınması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti