...

DB Azərbaycana pensiya təminatının yığım sisteminə keçidi sürətləndirməyi təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2011 12:54 (UTC +04:00)
2009-2016-cı illərdə Azərbaycanda pensiya sisteminin inkişafına dair Dövlət Proqramına görə, özəl pensiya fondları üçün qanunvericilik bazası 2015-ci ilədək formalaşacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümüov bildirib.
DB Azərbaycana pensiya təminatının yığım sisteminə keçidi sürətləndirməyi təklif edir

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir A.Axundov/

2009-2016-cı illərdə Azərbaycanda pensiya sisteminin inkişafına dair Dövlət Proqramına görə, özəl pensiya fondları üçün qanunvericilik bazası 2015-ci ilədək formalaşacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümüov bildirib.

Azərbaycanda yaradılan və Almaniyanın pensiya sisteminin analoqu olan pensiya-sığorta sistemi üçpilləlidir. Birinci faza icbari pensiya sığortasıdır. İkinci faza pensiyaların məbləğinin sonralar artırılması üçün icbari dövlət sosial sığorta ödənişlərinin bir hissəsinin banklara və qiymətli kağızlara yatırılmasını nəzərdə tutur. Üçüncüsü isə vəsaitlərin toplanacağı özəl pensiya fondlarının yaradılmasıdır.

"Bir həftə əvvəl Bakıda Dünya Bankının eksperti Anita Şvarts tərəfindən təqdimat keçirildi və orada pensiya sisteminin ikinci elementinə keçidi təmin etmək üçün üçüncü elementin - könüllü ödənişlər hesabına yığım sisteminin Azərbaycanda tətbiqi vaxtının çatdığı qeyd olundu", - Müslümov deyib.

Onun sözlərinə görə, bu yolda bir çox həll olunmamış məsələlər mövcuddur.

"Bu, o deməkdir ki, DSMF-nin gəlirlərinin müəyyən bir hissəsi yığım sisteminə yönəldilməlidir. Bu hissənin hansı vəsaitlər hesabına ödəniləcəyi həll edilməmiş məsələ olaraq qalır", - Müslümov bildirib.

Onun sözlərinə görə, bundan əlavə, ölkədə hələlik çox sayda qeyri-rəsmi çalışan vətəndaşlar var və onların əməkhaqlarının leqallaşdırılması problemi qalır.

2011-ci il aprelin 1-nə olan vəziyyətə görə, Dövlət Fondunun fərdi uçotunda 1825,333 min adam var, əhalinin iqtisadi fəal hissəsi 4589,8 min nəfər təşkil edir ki, bunun 4332,6 mini müxtəlif iqtisadi və sosial sahələrdə fəaliyyət göstərir.

"Yalnız bu məsələlərin həllindən sonra üçüncü element haqqında danışmaq mümkündür. Lakin əgər onlar həll edilərsə, növbəti addım özəl pensiya fondlarının yaradılması olacaq", - Müslümov bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə başqa ölkələrin təcrübəsi öyrənilir.

"Bu yaxınlarad nümayəndə heyətimiz Almaniyada, Türkiyədə, Polşada olub və yerli təcrübə ilə tanış olmaq üçün Qazaxıstana səfər gözlənilir", - Müslümov bildirib.

Qazaxıstanda radikal islahatlar keçirilib. Ölkə on il əvvəl dövlət pensiya fondunu ləğv edib və 16 özəl fond yaradıb. Böhran dövründə onlar yarım milyard dollar itiriblər, fondlardan dördü müflisləşmə həddinə yaxınlaşıb və onlara yalnız dövlətin dəstəyi kömək edib. Böhran dövründə Almaniyada pensiya fondları öz vəsaitlərinin 40 faizini itirib.

Azərbaycanda əmək pensiyası iki - baza və sığorta hissəsindən ibarətdir. Hazırda ölkədə pensiyaların baza hissəsi 85 manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti