...

Gəncə Avtomobil Zavodu təkərli yedəkçilərin yığılmasına başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2011 12:05 (UTC +04:00)
Gəncə Avtomobil Zavodu cümə axşamı Minsk Təkərli Yedəkçilər Zavodunun ilə imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində ölkədə təkərli yedəkçilərin yığılmasına başlayayacaq.
Gəncə Avtomobil Zavodu təkərli yedəkçilərin yığılmasına başlayacaq

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir S.Əliyev/

Gəncə Avtomobil Zavodu cümə axşamı Minsk Təkərli Yedəkçilər Zavodunun (MTYZ) ilə imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində ölkədə təkərli yedəkçilərin yığılmasına başlayayacaq. Bu barədə cümə günü Trend-ə "Gəncə Avtomobil Zavodu" İB-nin Müşahidə Şurasının sədri Xanlar Fətiyev məlumat verib.

Fətiyevin sözlərinə görə, əməkdaşlıq haqqında memorandumun imzalanması avtomobil zavodunun işçilərinin sayını min nəfərə qədər artırmağa imkan verir.

Gəncə Avtomobil Zavodu ilə MTYZ arasında əməkdaşlıq haqqında memorandum Belarusun Baş naziri Mixail Myasnikoviçin zavoda səfəri zamanı imzalanıb.

Yedəkçilərin yığılması sahəsi 20 min kvadratmetr olan yeni sexdə həyata keçiriləcək.

Bu gün Gəncə Avtomobil Zavodunda Minsk Traktor Zavodunun traktorları və Minsk Avtomobil Zavodunun yük avtomobilləri yığılır.

Azərbaycanda Minsk Avtomobil və Traktor zavodlarının istehsalı olan yük avtomobilləri və traktorların yığılması və satışı haqqında saziş 2006-cı il noyabrın sonunda Minskdə imzalanıb. Gəncə zavodu Azərbaycanda ildə 1000-dək yük avtomobili və 2000-dək traktor yığmaq iqtidarındadır. İndi avtomobil zavodunda "Belarus" traktorları və MAZ avtomobilləri yığılır.

Xəbər lenti

Xəbər lenti